İctimai işlər proqramı işsiz və işaxtaranların peşə bacarıqlarına yiyələnmələri üçün imkan yaradacaq

 

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq icra olunan ödənişli ictimai işlər ("İşsizin DOSTu”) proqramı işsiz və işaxtaranların məşğulluğu ilə bərabər, onların konkret fəaliyyət sahələri üzrə ilkin peşə bilik və bacarıqlarına yiyələnmələrinə də imkan yaradacaq. Bu məqsədlə proqramın təkmilləşdirilməsi işləri aparılır.

Nazirliyin İctimaiyyətlə əlaqədar və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, ötən il 38 min ödənişli ictimai iş yeri yaradılıb. Ödənişli ictimai işlər proqramına cəlb olunanlar əsasən ilkin peşə hazırlığı olmayanlardır. Ona görə də bu ildən əsas hədəflərdən biri də proqrama cəlb edilənlər işlə təmin edilib əməkhaqqı almaqla yanaşı, onlara işlədikləri bu və ya digər sahə üzrə ilkin peşə biliklərinə, bacarıqlara yiyələnmələrinə də şərait yaradılmasıdır.

Bu məqsədlə artıq bir sıra birgə proqramlar da hazırlanıb. Misal üçün, Kənd Təsərrüfatı Nazirliyi və Qida Təhlükəsizliyi Agentliyi ilə birgə hazırlanan layihə çərçivəsində ödənişli ictimai işlər proqramı üzrə bu ildən 2500 şəxs proqrama cəlb olunmaqla baytar köməkçisi kimi çalışacaq. Onlar əməkhaqqı almaqla yanaşı, praktik fəaliyyət müstəvisində baytarlıqla əlaqədar bir çox bilik və bacarıqlara da yiyələnəcək və həmin bacarıqları hesabına da gələcəkdə müstəqil şəkildə öz işlərini qura biləcəklər. Yaxud Mədəniyyət Nazirliyi ilə birgə layihə üzrə 800 şəxs, Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə 300 şəxs müvafiq sahələrə yönəldilərək həmin sahələr üzrə ilkin peşə bacarıqlarına sahib olmaq imkanı qazanacaqlar.

Digər qurumlarla da bu sahədə birgə işlər aparılacaq. Nəticədə ictimai işlər proqramının ilkin peşə hazırlığı olmayan işçi qüvvəsinin müxtəlif peşə sahələri üzrə bilik və bacarıqlara yiyələnmiş işçi qüvvəsinə çevrilməsində də mühüm rol oynayacaq.

 

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar