Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunun "Dostluq” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.
AZƏRTAC xəbər verir ki, Mövlud Çavuşoğlu Azərbaycan ilə Türkiyə arasında dostluq və qarşılıqlı əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə təltif edilib.