Pantomima Teatrı “Xocalı - bu olub” tamaşasını təqdim edib

Bakı, 21 yanvar, AZƏRTAC 

Azərbaycan Dövlət Pantomima Teatrında "Xocalı - bu olub” tamaşası 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə ithaf edilib.

Teatrdan AZƏRTAC-a bildirilib ki, tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, quruluşçu rəssamı Sənubər Səmədova, musiqi tərtibatçısı Əməkdar artist Elman Rəfiyevdir. Rolları Elman Rəfiyev, Nargilə Qəribova, Bəhruz Əhmədli, Səbinə Hacıyeva, Nurlan Rüstəmov, Solmaz Bədəlova, Leyla Atayeva, Nuridə Musabəyli, Elxan Şahalıyev və Cavad Nuriyev canlandırıb.

Qeyd edək ki, səhnə əsəri ilk dəfə olaraq ötən ilin fevral ayının 25-də Bolqarıstanın paytaxtı Sofiyada nümayiş olunub. Mədəniyyət Nazirliyi və ölkəmizin Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə reallaşan nümayiş Xocalı soyqırımının tanıdılması məqsədi ilə hazırlanıb.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar