Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı, 28 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin dekabrın 25-də imzaladığı Sərəncamla dekabrın 28-i Azərbaycan Respublikasında Vəkil Günü peşə bayramı təsis olunub.

AZƏRTAC xəbər verir ki, Vəkil Günü münasibətilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, ölkəmizdə məhkəmə-hüquq islahatlarının banisi, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini dərin ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Görkəmli dövlət xadimi Əziz Əliyevin və tanınmış həkim, alim Tamerlan Əliyevin də məzarları üzərinə güllər qoyulub.

Sonra Şəhidlər xiyabanına gələn Vəkillər Kollegiyasının kollektivi ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini ehtiramla yad edib, məzarları üzərinə tər çiçəklər düzüb, "Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar