BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI

BAKI ŞƏHƏR İCRA HAKİMİYYƏTİNİN BAŞÇISI

HACIBALA ABUTALIBOV "AZƏRBAYCANIM” BEYNƏLXALQ JURNALININ TƏSİS ETDİYİ "AZƏRBAYCANIN QÜRURU”

ORDENİ İLƏ TƏLTİF EDİLDİ

 

 

Bu il yanvarın 30-da Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı təyin olunmağının 15 ili tamam olur. Bakı şəhərində bugünkü inkişaf və tərəqqi bunu deməyə əsas verir ki, Hacıbala Abutalıbov tutduğu bu yüksək postda 15 il ərzində öz gərgin və yorulmaz fəaliyyəti nəticəsində Bakı şəhərində həyata keçirilən abadlıq-quruculuq işləri, şəhərin infrastrukturunun yenilənməsi, yol, nəqliyyat və digər infrastruktur layihələrinin həyata keçirilməsi istiqamətində apardığı sistemli və ardıcıl işlər alqışa layiqdir.

 

Yanvarın 15-də "Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Şurasının yığıncağı keçirilmişdir. Tədbirdə çıxış edən jurnalın təsisçisi və baş redaktoru Emil Nəsirli bildirmişdir ki, Bakıda insanların istirahəti və rahatlığı üçün gözəl şərait yaradılmış, Hacıbala müəllimin rəhbərliyi altında görülən bütün işlər insanların xoş istirahətinə və rahatlığına xidmət edir. Buna görə də daim vətəndaşların rahatlığına xüsusi diqqət yetirən dövlət başçısı cənab İlham Əliyevə və Prezidentin tapşırıqlarını məsuliyyətlə, keyfiyyətlə, vaxtında yerinə yetirdiyinə görə cənab Hacıbala Abutalıbova Jurnalın Redaksiya Şurası və kollektivi adından xüsusi minnətdarlığımızı bildiriririk.

Bu məqsədlə "Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Şurası 15 yanvar 2016-cı il tarixində keçirilmiş yığıncağında Hacıbala Abutalıbovun Bakı Şəhər İcra Hakimiyyətinin Başçısı kimi rəhbərliyinin 15 illiyi münasibəti ilə Bakının inkişafında və qorunmasında, dünyanın ən gözəl, ən abad şəhərlərindən biri kimi gələcək nəsillərə ötürülməsində, paytaxtda aparılan quruculuq-abadlıq işlərinin keyfiyyətlə icra olunmasında, paytaxt əhalisinin, kənd və qəsəbələrin sakinlərinin problemlərinin həlli istiqamətində əməli tədbirlərin həyata keçirilməsində müstəsna xidmətlərinə görə "Azərbaycanın Qüruru” Qızıl Ordeni ilə təltif olunmağı barədə qərar qəbul edilmişdir.

"Azərbaycanım” Beynəlxalq Jurnalının Redaksiya Şurasının təsis etdiyi "Azərbaycanın Qüruru” Qızıl Ordeni fevralın 2-də Bakı Şəhər İcra Hakimiyyətinin İnzibati binasında cənab Hacıbala Abutalıbova təqdim edilmişdir.


 

"AZƏRBAYCANIM”

BEYNƏLXALQ JURNALI

Xəbərin retinqi: 
Şərh əlavə et
Sorğu
Saytımızı bəyənirsizmi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar