Ana Səhifə JURNALI OXU Mənəviyyat Müsahibə Dünya Region Problem Analiz Mövqe Aktual KONTAKT Nəbz Cəmiyyət
Sosial
Köşə yazarları
Valyuta.com Free Weather Widget
.
dle dle.
dle .
.
.
ЗОЛОТОЙ ОРДЕН" - ЗНАК ВЫСОЧАЙШЕЙ ПРИЗНАТЕЛЬНОСТИ!


В городе Трускавец прошла выставка, посвященная 25-ой годовщине Ходжалинского геноцида



Jan-Fransua Mansel: "ASAN Viza” Azərbaycana turist axınının artmasına imkan yaradır



Müsahibimiz "Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru Emil Nəsirlidir



 
 1-ci sual: Məlumdur ki, Azərbaycan İraq əlaqələrinin qədim və zəngin tarixi vardır. Siz İraq və Azərbaycan arsında olan dostluq və əməkdaşlıq əlaqələrini necə qiymətləndirirsiniz?
 
    Cavab: Sualın məntiqinə əsaslanaraq demək olar ki, Azərbaycan və İraq əlaqələri dostluğu və əməkdaşlığı təcəssüm etdirir və bu əlaqələr yüksək səviyyədədir və müsbət gələcəyi olacağına inanırıq ki, bunu da hər iki ölkəyə məxsus məsul şəxslərin qarşılıqlı səfərləri, bir çox sahələrdə qarşılıqlı əməkdaşlığa dair anlaşma memorandumunun imzalanması, həmçinin hər iki ölkənin maraqlarına xidmət edən bəzi məsələlərdə birgə fəaliyyət buna bariz dəlildir.
 
   2-ci sual: İraq Respublikası eləcə də İraq ictimaiyyətinin Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi məsələsinə dair rəsmi mövqeyi nədən ibarətdir? Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsini pisləyən rəsmi bəyanatlar varmı?
 
    Cavab: İraq konstitusiyasına əsasən İraq, digər ölkələrin daxili işlərinə qarışmır, soyuqqanlı siyasət və danışıqlar aparmaq yolunu tutmaq,  iki tərəf arasında olan münaqişə, həmçinin Qarabağ münaqişəsinin beynəlxalq qanun eləcə də BMT-nın qərarlarının prinsiplərinə əsaslanan sülh yolu ilə həlli tərəfdarıdır.
    İraq xalqı isə bir sıra müharibələrin zərələrini səbr və dözümlə qarşılayır ki, dost bir ölkənin çətin vəziyyət yaşaması onu sevindirmir, əksinə ümid edir ki, hər iki münaqişə tərəfləri tez bir zamanda danışıqlar masasına əyləşəcək. Ən azından coğrafi mövqeyi nəzərə alsaq, hər iki tərəfin ortaq maraqları ixtilaf maraqlarından daha çox və daha böyükdür. Və iki ölkə aralarındakı ixtilafı nə vaxtsa bir gün (ümid edirik ki, həmin gün yaxındadır) həll etməli və azərbaycan və erməni xalqının daha təhlükəsiz və firavan həyat yaşaması üçün bütün diqqətlərini iqtisadi inkişaf planlarının yaradılması və gücləndirilməsinə, hər iki ölkənin infrastrukturuna yönləndirməlidirlər.
 
 
    3-cü sual: Hal-hazırda İraqda ictimai, siyasi, hərbi vəziyyət necədir?
 
    Cavab: İctimai baxımdan: İraq xalqı mövcud müharibə ilə yeni tanışmır (müharibə vəziyyətində yaşamağa artıq öyrəşib) və buna görə də istisna vəziyyətə adaptasiya olaraq birlik olmağa çalışır. İraqda həyat çox təbiidir, belə ki, hər kəs müntəzəm olaraq gündəlik fəaliyyəti ilə məşğul olur, körpə və uşaq bağçasından başlayaraq tələbələr elmi və ali təhsil müəssisələrinə gedirlər. Eynilə ümumi, özəl və qarışıq sektorun işçiləri öz gündəlik fəaliyyətləri ilə məşğul olurlar.
 
    Siyasi baxımdan: Heç kəsə sirr deyil ki, İraq uzun diktatorluq mərhələsindən sonra demokratiyaya keçid mərhələsinə şahid olur. 2003-cü ildən indiyə qədər İraq Hökumətinin təşkilində beynəlxalq təşkilatlar və müşahidəçilərin nəzarəti altında ədalətli seçkilər yolu ilə iraq xalqını təşkil edən bütün millətlər iştirak edir. Siyasi partiyalar ifadə azadlığı, sərbəst toplaşmaq və başqa fikirləri dinləmək prinsipinə uyğun olaraq İraq qanunvericiliyini müsbət yönümdə tənqid edir.  Hal-hazırda Hökumətdə kvota sistemindən uzaq, mütəxəssis təməllər üzərində Nazirlik vəzifələrində düzəlişlər etmək üçün danışıqlar aparılır və Nazirlər Kabineti tezliklə səsə qoymaq üçün bu düzəlişləri Parlamentlə birgə sınaqdan keçirdir.
 
    Hərbi baxımdan: İraq İŞİD terrorçularından işğal olunmuş torpaqların 70%nin azad olunaraq, həyata keçirdiyi qələbələrdən sonra daha da çox inkişaf etmişdir, bir çox terrorist məhv edilmiş, başçıları isə digər ölkələrə qaçmışlar. Və bu qələbələr silahlı qüvvələrimizin mübarizliyi, xalqın, Peşmərgə və igid oğulların birliyi nəticəsində həyata keçirilmişdir. Belə ki, bütün bu qəhrəmanlıq dastanları İŞİD terrorçuları üzərində əldə edilən ardıcıl qələbələrin həyata keçirilməsi zamanı, xüsusən də  ordunun və əsgərlərin əvvəllər mövcud olmayan bir çox avadanlıqlarla təmin olunmasından sonra qeydə alınmışdır.   Həmçinin təhlükəsizlik qüvvələrimiz İŞİD terrorçularının maliyyə dəstəyini ələ keçirtmiş bu dəstəyin mənbəyini müəyyən etmiş , həmçinin İraqa dəstək olan beynəlxalq koalisiya ilə əməkdaşlıq sayəsində həmin maliyyə mənbəyini məhv etmişdir. Həmçinin onlar nəinki, işğalçılıq, sərvətlərin talanması, qətl, qəsbkarlıq, məcburi evlilik, öz din və etiqadından məcburi şəkildə imtina edilərək başqa dinə yönləndirilmək, insan alveri  və s kimi qəddarlığı özündə əks etdirən cinayətlərlə kifayətlənən, əksinə vəhşilikləri toplu olaraq mülki iraqlıları tabe etmək üçün beynəlxalq aləmdə qadağan olunan silahların istifadəsinə qədər gedib çıxan İŞİD terrorçularına kəskin zərbələr vurmuşlar.
    Qeyd etməyə dəyər ki, iraqlılar  vur və qaç, manevr, yararsız silah-sürsat, avadanlıqların yenidən işə yararlı hala salınması və əldəqayırma partlayıcı cihazların məhv edilməsi, evlərin, yolların minalardan təmizlənməsi, əhaliyə və evlərinə qayıdan köçürülmüş ailələrə ehtiyat tədbirləri görmək məqsədilə bu mövzuda təlim keçirilməsi kimi hesablaşması qaçılmaz olan hərbi təcrübəyə malikdirlər.

    4-cü sual: Bu il üçün iki ölkə arasında əməkdaşlıq üsulu necə olacaqdır?  Və bu il üçün müəyyən olunmuş konkret addımlar mövcuddurmu?
 
    Cavab: Hər iki ölkə keçmişdən bu yana hər iki tərəfin təhsil müəssisələrində təhsil alan tələbələrə ev sahibliyi etməkdədir, turizm sahəsinə gəlincə isə İraq, paytaxt əhalisi, eləcə də bütün ətraf yerlərdə yaşayan xalqını istirahət üçün Azərbaycana yollanmağa həvəsləndirir.
    Səfirlik Bakı-Bağdad hava reysinin açılışında əvəzsiz köməklik göstərmişdir. Bu da eyni zamanda iki ölkə iqtisadiyyatının genişlənməsinə, maliyyə gəlirlərinin artmasına, təcrübələrin mübadiləsinə və xalqlarımız arasında dostluğun möhkəmlənməsinə səbəb olacaqdır.
    Qeyd etmək lazımdır ki, Azərbaycandan  İraqın müqəddəs yerlərini ziyarət edənlərin sayı keçən il 12000-nəfəri ötmüşdür. Ötən illərdə isə onların sayı 1500 nəfərə çatırdı. İkitərəfli anlaşma memorandumun əcnəbilərə viza verilməsinə dair qeyd olunmuş şərtlərə və qanunlara uyğun olaraq, Səfirlik sürətli şəkildə 24 saat ərzində ziyarətçiləri viza ilə təmin etmişdir. Nazirliyin təlimatlarına və göstərişlərinə əsasən müqəddəs yerlərin ziyarətçilərinə daha gözəl xidmət məqsədi ilə Səfirliyin konsulluq şöbəsi əlavə təcrübəli işçilər ilə təmin olunmuşdur.Onlar göstərdikləri bu səy nəticəsində Nazirlik tərəfindən xüsusi təşəkkürnamə ilə təltif olunmuşlar.Və bu da onu göstərir ki, İraq Səfirliyinin əməkdaşları konsulluq işlərinin öhdəsindən müvəffəqiyyətlə gələ bilir və adı çəkilən şöbəni inkişaf etdirmə bacarığı vardır.
 
    5-ci sual: İstəyirik ki, bizə  iki ölkə arasındakı iqtisadi əlaqələr xüsusilə neft və qaz sektoru haqqında məlumat verəsiniz.

    Cavab: İraq  və Azərbaycan neft ölkələridir. Demək olar ki, iqtisadi əlaqələr aşağı səviyyədədir. Bunun səbəbi tarixi gedişatına baxdıqda məlum olur. İraq uzun zaman müharibə vəziyyətində yaşamışdır. Daha sonra  qəti beynəlxalq sanksiyalar tətbiq olunmuşdur. Hal-hazırda İşid terorist qruplaşmalarına qarşı mübarizə aparmaqdadır. Amma buna baxmayaraq 1/6/2015- tarixində ölkələrimiz arasında neft qaz inkişafi planlarına dair anlaşma memorandumu imzalanmışdır. Bu sənəd Azərbaycanda İraqın Neft Naziri Adil Abdul Mehdi və Azərbaycanın Energetika Naziri tərəfindən imzalanmışdır. Socar şirkəti hazırki vaxtda İraqda fəaliyyət göstərir.
 
    6-cı sual: Bu il Azərbaycanda mədəniyyət günləri, tədbirlər və konfranslar keçiriləyi gözlənilirmi?

    Cavab: Səfirlik Azərbaycan-İraq mədəniyyət həftəsi keçirmək niyyətində idi. Amma İŞİD-ə qarşı aparılan müharibə, digər tərəfdən neft qiymətinin ucuzlaşması həmçinin iqtisadi böhran nəticəsində vəziyyətin ağırlaşması buna imkan vermədi. Bu vəziyyətin yaxşılaşdığı halda uca Allahın izni ilə nəzərdə tutduğumuz mədəniyyət günlərini geniş şəkildə keçirəcəyik.
Azərbaycan universitetlrinən birində İşid teroristlərinin qarşısının alınması ilə bağlı mühazirələrimiz olub. Digər mühazirəmiz isə radikallığa qarşı İslam Əməkdaşlıq Forumunda olmuşdur.
    Həmçinin Səfirlik müxtəlif universitetlərin mədəniyyət günlərində, festivallarında iştirak etmişdir. Bu universitetlər arasında ADA universiteti, Neft və Sənaye  Universiteti, Xarici Dillər Universitetinin adlarını qeyd etmək olar. Həmçinin Səfirlik dəfələrlə təşəkkürnamə ilə təltif olunmuşdur. Səfirlik öz növbəsində festivalların keçirilməsində, sərgilərin təşkil olunmasında Azərbaycan tərəfinə köməklik göstərmişdir.
 
  Emil NƏSİRLİ,
Baş redaktor



Azərbaycanım beynalxalq jurnalının baş redaktoru Emil Nasirlinin musahibələri (Yaponiya)
http://s011.radikal.ru/i315/1602/d7/532977fca6cf.jpg


Azərbaycanım beynalxalq jurnalının baş redaktoru Emil Nasirlinin musahibələri (Kuba)


Azərbaycanım beynalxalq jurnalının baş redaktoru Emil Nasirlinin musahibələri (Iran)


Azərbaycanım beynalxalq jurnalının baş redaktoru Emil Nasirlinin musahibələri (Latviya)


.
dle dle.
.
.
Xəbər Lenti

Problem
“AZƏRBAYCANIM”  BEYNƏLXALQ JURNALININ SAYLARI
ABŞ Alimlərinin açıqlaması
Fransada ən yaxşı futbolçu ən bahalı avtomobilə sahib olub
Mehriban Əliyeva Münxendə keçirilən tədbirdə iştirak edib
15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür
Azərbaycan Prezidenti İlham Əliyev qəbulda iştirak edib

AzerbaijanimTV 2015
Hazırladı: Vüsal Əli